Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunda avtomobil qəzası baş verib.
APA-nın Gürcüstan bürosu yerli sakinlərə istinadən xəbər verir ki, hadisə rayonun İmirhəsənli kəndində baş verib.
Məlumata görə, İmirhəsənli kənd sakini idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilin idarəetməsini itirərək SOCAR yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Hadisə nəticəsində yanacaqdoldurma məntəqəsinin daxilində fəaliyyət göstərən mağazanın satıcısı ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürən briqadası cəlb olunub.
Faktla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.