• DÜNYA

    09:29 12 sentyabr 2020

Gürcüstanda müntəzəm aviareyslərə məhdudiyyət oktyabrın 31-dək uzadılıb

Gürcüstanda COVİD-19 pandemiyası səbəbi ilə müntəzəm uçuşlara qoyulan məhdudiyyət noyabrın 1-dək qüvvədə olacaq.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Mülki Aviasiya Agentliyi məlumat yayıb.

"Müntəzəm aviareyslərə qoyulan məhdudiyyət oktyabrın 31-dək uzadılıb",- deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, qonşu ölkədə müntəzəm aviareyslərə qoyulan məhdudiyyət sentyabrın 30-da başa çatmalı idi.

Səid

Teqlər:

SON XƏBƏRLƏR