Gürcüstan parlamentinin müxalif "Avropalı Gürcüstan" fraksiyası hökumətin yeni tərkibinə etimad səsverməsinin keçiriləcəyi bugünkü plenar sessiyanı boykot edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bunu partiyanın liderlərindən olan Zurab Çiberaşvili bildirib.
Zurab Çiberaşvili deyib ki, partiyanın bu qərarı Baş Nazir postuna namizəd Giorgi Qaxarianın "öz vəzifəsini icra etmək iradəsinə sahib olmaması" ilə əlaqədardır: "Bu, gürcü xalqının maraqlarına xidmət etmir. Qaxariya ilə bağlı suallar çox aydındır - bunlar 20 İyun "Gavrilovun Qanlı Gecəsi", İa Kerzaya, Saralidze və birbaşa məsul olduğu digər işlərlə əlaqədardır. Ölkədə yoxsulluq, işsizlik və qiymət artımı var. Gürcüstan cəmiyyəti çox yaxşı bilir ki, ölkəni "Gürcü Arzusu" idarə edirsə, yoxsulluq və çətinlik həmişə olacaq".