• DÜNYA

    14:27 2 may 2019

Gürcüstanda polis patrullarının sayı artırıla bilər

Son iki ildə Gürcüstanda videomüşahidə kameralarının sayı 170-dən 2600-ə çatdırılıb.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, ilin sonunadək bu rəqəmin 5000-ə çatdırılması planlaşdırılır.

Gürcüstan Daxili İşlər Naziri Georgi Qaxariya parlamentin “Nazir saatı”nda çıxışı zamanı bunu ölkəyə turist axınının olması ilə əlaqələndirib. O, parallel olaraq polis patrullarının sayının artırılmasının da vacibliyini qeyd edib: “Gürcüstana gələn turistlərin sayı 1 milyondan 9 milyona çatıb. Polis patrulları saylarının az olması səbəbindən vəzifələrini yerinə yetirməkdə çətinlik çəkirlər. Bu səbəbdən hökümət onların sayının daha artırılması barədə düşünməlidir”, - deyə Qaxariya bildirib.

Qeyd edək ki, Gürcüstanda polis patrullarının sayı 2010-cu ildən bəri 70 min nəfərdən 200 minə çatdırılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR