Gürcüstanın İmereti regionunun qubernatoru Şavlego Tabatadze vəzifəsindən istefa verib.
ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, onun hərbi xidmətə qayıtdığı bildirilir.
Baş nazir Mamuka Baxtadze faktı təsdiqləyib: “Şavlego Tabatadze çox önəmli insandır. O, sayılıb seçilən hərbi generallardandır və öz istəyi ilə keçmiş peşəsinə qayıdıb. Bu vəzifədəki xidmətlərinə görə ona təşəkkür edirəm”- Mamuka Baxtadze bildirib.