Gürcüstanın Qori şəhərində keçmiş prezident Mixeil Saakaşvilinin müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın ofisi hücuma məruz qalıb, iki nəfər saxlanılıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
“Başqasının əmlakına ziyan vurmaq ittihamı ilə polis tərəfindən iki nəfər – 1994-cü il təvəllüdlü G.K. və 1966-cı il təvəllüdlü G.B. saxlanılıb”, - DİN-in məlumatında belə deyilir.
Qurum qeyd edir ki, istintaq iki nəfərin partiya ofisinin şüşələrinə zərər verdiyini araşdırır. Polis hadisədən dərhal sonra onları saxlayıb. Saxlanılanları üç ilə qədər həbs cəzası gözləyir.