• DÜNYA

    11:42 9 oktyabr 2022

Gürcüstanda şəhər meri yol qəzasında ölüb

Gürcüstanda şəhər meri yol qəzasında ölüb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, motosikletlə yük maşınının toqquşmasından sonra Tercola bələdiyyəsinin sədri Laşa Qoqiaşvili Kutaisi xəstəxanasına gətirilib.

Həkimlərin səyinə baxmayaraq, 42 yaşlı bələdiyyə sədrinin həyatını xilas etmək mümkün olmayıb.

Gürcü Arzusu Partiyasının namizədi olmuş Laşa Qoqiaşvili 2021-ci ildə ikinci dəfə Tercola bələdiyyəsinin sədri seçilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR