Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 523 yoluxma halı qeydə alınıb, 7 nəfər ölüb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 11 794 nəfərə, ölənlərin sayı 85 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5 590 nəfər karantində saxlanılır, 836 nəfər isə stasionar şəraitdə müalicə olunur. Koronavirusa yoluxanlardan 6 327 nəfərin sağaldığı bildirilir.