• DÜNYA

    14:52 2 may 2019

Gürcüstanda süni ətdən hazırlanmış qidalar satılacaq

“Burger King” bu ilin sonlarından etibarən Gürcüstanda sünii ətdən hazırlanmış fast-fud qidaları satacaq.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə ABŞ-da fəaliyyət göstərən fast-fud şəbəkəsi “The Verge” məlumat yayıb.

Şirkət səbəb kimi Gürcüstandakı vegeterian müştərilərini razı salmağa çalışdığını bildirib. Vegeterian burgerlərdə pendir və ət yerinə noxud, soya, kartof, bitki yağı və süni ətdən istifadə ediləcək. “Burger King”in baş ofisindən burgerlərin dad olaraq daha fərqli olmayacağı bildirilib.

Cavid

Teqlər:

SON XƏBƏRLƏR