Gürcüstanda təhsil və elm şəhəri salınacaq
Gürcüstanın Acara Muxtar Respublikası ərazisində təhsil və elm şəhəri salınacaq.
ONA-nın xəbərinə görə, bu barədə Baş nazir Mamuka Baxtadze məlumat verib.
Bildirib ki, yeni şəhərdə müxtəlif sahələr üzrə ixtisaslaşmış təhsil müəssisələri, müasir laboratoriyalar, idman zalları, əyləncə mərkəzləri və peşə məktəblərinin inşası nəzərdə tutulur.
Layihənin Batumidə reallaşdırılacağı bildirilib.