Gürcüstanın Çiatura şəhərində məktəblilər tətil elan edən mədənçilərə dəstək məqsədi ilə mitinq keçirib.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, "Georgian Manganese" şirkətinin binasının önündə toplanan məktəblilər müxtəlif şüarlar səsləndirərək mədənçilərin istəklərinin yerinə yetirilməsini tələb ediblər. Məktəb müəllimlərinin də mitinqdə iştirak etdiyi bildirilir.
Qeyd edək ki, "Georgian Manganese" şirkətinin mədənçiləri iş şəraitinin yaxşılaşdırılması və əmək haqlarının 50 faiz qaldırılmasını tələb edirlər. Şirkətlə mədənçilər arasında bir neçə dəfə görüş baş tutsa da, nəticəsiz başa çatıb.
Mədənçilərdən 15-i aclıq aksiyası keçirir.