• DÜNYA

    20:09 3 mart 2019

Gürcüstanda torpaq alan əcnəbilərə qarşı tələblər sərtləşdirilir

Gürcüstanda kənd təsərrüfatı təyinatlı torpaq sahibi olan fiziki və hüquqi şəxslərə qarşı tələblər sərtləşdirilir.

ONA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, əcnəbilər və əcnəbilərin əsas pay sahibi olduğu hüquqi şəxslər kənd təsərrüfatı torpaqlarını becərməzlərsə, cərimələrlə üzləşəcəklər.

Gürcüstan parlamentində hazırlanan qanun layihəsinə əsasən, torpaqların becərilməsini təmin etməyən əcnəbilər 500 lari, o cümlədən torpağın hər hektarına görə 300 lari (ümumilikdə 20 min laridən çox olmamaqla) cərimələnəcəklər. Növbəti və daha sonrakı illərdə əcnəbilər torpağın becərilməsi ilə bağlı öhdəliklərini yerinə yetirməzlərsə, 700 lari və növbəti hər hektar üçün 400 lari (30 min laridən çox olmamaqla) cərimələnəcəklər.

Gürcüstanda kənd təsərrüfatı təyinatlı torpaqlara malik əcnəbilərə məxsus, yaxud əcnəbilərin əsas pay sahibi olduqları maliyyə institutlarına dair cərimələr isə daha ağır olacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR