• DÜNYA

    12:23 1 iyun 2019

Gürcüstanda üç yeni dövlət qoruğu yaradılır

Gürcüstanda dövlət qoruğu ərazilərinə üç yenisi əlavə edilir. ONA-nın Gürcüstan bürosu xəbər verir ki, Paravani, Sağamosa və Abuki gölləri ətrafındakı ərazilərin və göllərin öz sahəsinin dövlət qoruğu elan edilməsinin səbəbi buranın Cənubi Qafqazın bioloji müxtəlifliyinə və endemik bitki örtüyünə ev sahibliyi etməsidir.

Ətraf Mühitin Mühafizəsi və Kənd təsərrüfatı nazirliyinin bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Qoruqların ümumi sahəsinin təxminən 5 min hektar olduğu bildirilib.

Göllərin nadir balıq növlərinin qorunması baxımından xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Səid

Teqlər:

SON XƏBƏRLƏR