• DÜNYA

    22:37 10 mart 2019

Gürcüstanda yeni qərbyönümlü partiya yaradılıb

Martın 10-da Gürcüstanda “Qanun və hüquq” adlı, qərbyönümlü, sağ mərkəzçi siyasi partiya yaradılıb.

ONA-nın xəbərinə görə, publisist və siyasətçi Tako Çarkviani partiyanın sədri seçilib.

O çıxışında deyib ki, son 30 ildə Gürcüstanda bir çox partiya yaradılıb, bunula heç kimi təəccübləndirmək mümkün deyil:" Bizim məqsədimiz ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməkdir. Bunun üçün elə edəcəyik ki, bütün siyasi partiyalar bizim sıralarımıza qoşulsunlar”.

Partiyanın prioritet istiqamətləri işğal əleyhinə hərəkat yaratmaq, regional inkişaf planı və soydaşların ölkəyə qayıtmaları üçün proqram hazırlamaq, korrupsiya əleyhinə qanun hazırlamaqdır.

“Qanun və hüquq” partiyası bütün qərbyönümlü partiyalarla əməkdaşlıq edəcəyini də açıqlayıb.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR