• DÜNYA

    14:43 29 may 2019

Gürcüstanda yeni dəniz limanı inşa edilir

Gürcüstanın Poti şəhərində yeni dəniz limanının tikintisinə başlanılacaq.

ONA-nın Gürcüstan bürosunun məlumatına görə, layihənin ilkin mərhələsinin icrasına 250 milyon dollar ayrılacaq. Layihənin əsasən Avropa ölkələrindən gələn investisiya hesabına həyata keçiriləcəyi bildirilir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi mövcud limanın şimalında yeni limanın tikintisi üçün əlverişli dərin su imkanlarının olduğunu təsdiqləyib.

Yeni limanın illik yük qabiliyyətinin 9 milyon ton olacağı bildirilir.

Səid

Teqlər:

SON XƏBƏRLƏR