• DÜNYA

    10:22 19 aprel 2019

Gürcüstanda yeni iqtisadiyyat naziri təyin edilib

Natiya Turnava Gürcüstanın yeni iqtisadiyyat və davamlı inkişaf naziri təyin edilib.

ONA “Apsny.ge”yə istinadən xəbər verir ki, N.Turnava bu vəzifədə Qiorqi Kobuliyanı əvəz edib.

Natiya Turnava bundan öncə iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini kimi çalışıb.

Qeyd edək ki, bir neçə gün öncə Qiorqi Kobuliyanın istefa verəcəyi haqda məlumatlar yayılmış, amma nazir vəzifədən getmək niyyətində olmadığını bildirmişdi.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR