Gürcüstanın Supsa kəndində yük və minik avtomobilləri toqquşub.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, qəza nəticəsində minik avtomobilinin sürücüsü və 3 sərnişini aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Daxili İşlər Nazirliyi Yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi başlayıb.