Gürcüstanın Barjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığına meşə yanğını davam edir.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, yanğının 3.5 hektar əraziyə yayıldığı bildirilir. Hadisə yerində Tiflis, Barjomi, Axaltsixe, Aspindza və Adigenidən 150-dək yanğınsöndürən, eləcə də 30 könüllü fəaliyyət göstərir.
Yanğının söndürülməsinə Daxili İşlər Nazirliyinin Sərhəd polisi xidmətinin helikopteri də cəlb edilib.
Çətin relyef səbəbi ilə yanğın-xilasetmə avadanlıqlarının əraziyə çatdırılmasının ləngidiyi bildirilir.
Faktla bağlı Daxili İşlər Nazirliyi cinayət işi başladıb.