Gürcüstanın Belçika və Lüksemburqdakı səfiri, ölkənin Avropa İttifaqındakı missiyasının rəhbəri Natalya Sabanadze istefa verib.
ONA-nın xəbərinə görə, N. Sabanadze bu barədə “Facebook” səhifəsində yazıb.
Gürcüstan xarici işlər naziri David Zalkaliani artıq istefanı qəbul edib.
N. Sabanadze istefasının səbəbini açıqlamayıb.
Qeyd edək ki, N.Sabanadze 2013-cü ilin mayında Gürcüstanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqındakı missiyanın rəhbəri təyin edilib.