• DÜNYA

    21:09 2 noyabr 2020

Gürcüstanın Baş Naziri koronavirusa yoluxub

Gürcüstanın Baş Naziri Giorgi Qaxariya koronavirus infeksiyasına yoluxub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, noyabr ayının 1-də Qaxariya koronavirus daşıyıcısı olan bir şəxslə təmasda olduqdan sonra özünü təcrid etmək məcburiyyətində qalıb. Daha sonra hökumətin mətbuat xidməti baş nazirin şəxsi təhlükəsizliyinin bir neçə əməkdaşında COVID-19 aşkarlandığını açıqlayıb. Baş nazirin ardınca İqtisadiyyat naziri Natiya Turnava və hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili də özlərini təcrid ediblər.

“31 oktyabrda baş nazir koronavirus diaqnozu qoyulmuş bir təhlükəsizlik xidməti əməkdaşı ilə uzun müddət təmasda olduğu üçün özünü təcrid edib. Baş nazirin test nəticəsində də koronavirusa yoluxma təsdiqlənib. Giorgi Qaxariyanın vəziyyəti yaxşıdır və müalicəsini evdə davam etdirir”, - mətbuat xidmətinin açıqlamasında belə deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR