"Tiflisin Mtasminda rayonu üzrə majoritar millət vəkili seçkiləri ikinci tura qalıb".
ONA-nın Gürcüstan bürosundan verilən xəbərə görə, Bu barədə Gürcüstanın Baş Nazir Mamuka Baxtadze məlumat verib.
O bildirib ki, Gürcü Arzusu partiyası paytaxtdan başqa ölkənin bütün bölgələrində liderlik edir.
"Bizdə olan məlumata görə, namizədlərimiz ölkənin hər yerində liderlik edirlər və ilk turda nəticələr müəyyənləşəcək. Tiflisdə isə seçkilər ikinci tura qalıb”,- deyə baş nazir vurğulayıb.