• DÜNYA

    13:33 15 may 2019

Gürcüstanın Biznes Ombusdmanı: “David Qareji məsələsindən sonra Azərbaycan şirkətlərinə qarşı kampaniya görürük”

“Sosial mediada Azərbaycan şirkətlərinə qarşı kampaniya cəhdləri görürük”.

ONA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu sözləri Gürcüstanın Biznes Ombudsmanı İrakli Lekvinadze Azərbaycan Biznes Assosiasiyasının nümayəndələri ilə görüşdə deyib.

O bildirib ki, bu hal əsasən David Qareci (Keşikçidağ) məbədi məsələsi gündəmə gələndən sonra müşahidə olunub: “Gürcüstanda bir çox Azərbaycan şirkətləri fəaliyyət göstərir. Onlara qarşı bu cür hərəkətlər yolverilməzdir. Bu, iki ölkə arasında uğurlu biznes əlaqələrinə mənfi təsir edə bilər”.

“Biznes ombudsmanı Gürcüstandakı Azərbaycan şirkətlərinə öz dəstəyini verməyə hazırdır” – deyə İrakli Lekvinadze bildirib.

Azərbaycan Biznes Assosiasiyasının nümayəndələri də qeyd ediblər ki, iki ölkənin biznes əlaqələrini zədələməyə yönəlmiş bu cür kampaniyalar yolverilməzdir və pislənilməlidir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR