• DÜNYA

    13:26 27 mart 2019

Gürcüstanda iqtisadiyyat nazirinin evi qarət edilib

Gürcüstanın iqtisadiyyat naziri Qiorqi Kobuliyanın evi qarət edilib.

ONA xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilir ki, oğrular gecə radələrində nazirin Tbilisi yaxınlığında, Tsxnelidə yerləşən evinə daxil olublar. Gürcüstanın Daxili İşlər Nazirliyi oğurluq faktını təsdiqləməsə də yerli sakinlərin sözlərinə görə, hadisə ilə əlaqədar polis qonşuları dindirib.

İqtisadiyyat naziri hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR