Tbilisidə Gücüstanın hakim partiyası “Gürcü Arzusu”nun yığıncağı keçirilib.
ONA-nın Gürcüstan bürosunun verdiyi məlumata əsasən, iclasa partiyanın sədri Bidzina İvanişvili rəhbərlik edib. İclasda keçmiş baş nazir İrakli Qaribaşvili də iştirak edib.
Gürcü Arzusu partiyasının baş Katibi Kaxa Kaladze ONA-ya bildirib ki, bu gündən İrakli Qaribaşvili Gürcüstanın hakim partiyasının siyasi katibi vəzifəsini icra edəcək.