Gürcüstanın Marneuli rayonunun sabiq azərbaycanlı meri Teymur Abazova təxminən 32000 lari (12000 dollar) məbləğində 7 aylıq maaşı ödənilməyəcək.
ONA “Apsny.ge”-yə istinadən xəbər verir ki, bu barədə “İmedi” telekanalı məlumat yayıb.
T. Abazov həbsdə keçirdiyi müddət üçün maaşını tələb edib. Lakin Marneuli rayon Şurası onun tələbini təmin etməyib.
T.Abazov ötən ilin iyunun 13-də həbs edilib. Rustavi Şəhər Məhkəməsi dekabrın 13-də sabiq meri 10000 min (3700 dollar) lari məbləğində girov ödəməklə azadlığa buraxıb.
Marneuli Rayon Şurası bu il fevralın 12-də Abazovun səlahiyyətlərini dayandırıb. Onun Marneuli sakini Elçin Allahverdiyevə qarşı rəftarı ilə bağlı məhkəm işi davam edir.