Gürcüstanın Rustavi şəhərində yerli sakinlər yolu bağlayıb.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər tələbat olmasına baxmayaraq Rustavidən Tbilisiyə ictimai nəqliyyat vasitələrinin az olmasına və yerli şirkətlərdən birinin mikroavtobusların hərəkətinə icazə verməməsinə etiraz ediblər.
Hadisə yerinə polis-patrul xidmətinin əməkdaşları cəlb olunub.