• DÜNYA

    15:47 16 may 2019

Gürcüstanın sabiq Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri məhkəmədə dindirilib

Gürcüstanın sabiq Dövlət Xüsusi Mühafizə Xidmətinin rəhbəri Otar Kvelidze Tiflis Şəhər Məhkəməsində dindirilib.

ONA-nın yerli bürosu xəbər verir ki, məlumatı Gürcüstanın İctimai Televiziyası yayıb.

O, dövlət büdcəsini talamaqda ittiham edilir. Dövlət ittihamçısı bildirib ki, sabiq rəhbərin fəaliyyəti dövründə xərclər artıq göstərilsə də, təhlükəsizlik xidmətlərinə heç bir dəyişiklik edilməyib.

Qeyd edək ki, Otar Kvalidze 2004-2010-cu illərdə xidmətin rəhbəri olub.

Səid

Teqlər:

SON XƏBƏRLƏR