• DÜNYA

    16:11 24 mart 2019

Gürcüstanın sabiq prezidenti şəxsi kottecini 80 dollara kirayəyə verir

Gürcüstanın sabiq prezidenti Georgiy Marqvelaşvili və həyat yoldaşı Maka Çiçua Duşetidəki bağındakı kotteci gündəlik kirayə vermək qərarına gəliblər.

ONA-nın “Rustavi 2” telekanalına istinadən verdiyi məlumata görə, dünyanın müxtəlif ölkələrindən turistlər “Airbnb” xidməti üzərindən sabiq prezidentin kottecini kirayəyə götürə bilərlər.

Qeyd edək ki, G. Marqvelaşvili prezident müddəti başa çatandan sonra yenə müəllim kimi çalışmağa başlayıb. Az əvvəl 49 yaşı tamam olan sabiq prezident Gürcüstan İnstitutunda siyasət mövzusunda mühazirə oxuyur. Ancaq kottecin istifadəyə verilməsi Marqvelaşvili ailəsinin əsas gəlir mənbəyi sayılacaq. Sabiq prezidentin həyat yoldaşı M. Çiçua etiraf edib ki, hazırda həmin Evin kirayəyə verilməsi onların ailə büdcəsi üçün kiçik məbləğ deyil. Kottecin 1 günlük kirayə haqqı 80 dollardır.

G. Marqvelaşvili kotteci 2 il əvvəl özü tikib. Kottec sabiq prezidentin ailəsinin yaşadığı bağdakı evinin yaxınlığında yerləşir. Evdəki mebellərin çoxunu da məhz G. Marqvelaşvili özü hazırlayıb. Həyat yoldaşı M. Çiçua isə rəssam kimi çıxış edərək otaqların interyeri ilə bağlı işləri öz üzərinə götürüb. Kotteci turistlərə icarəyə vermək ideyası da M. Çiçua məxsus olub və sabiq prezident bu ideyanı dəstəkləyib.

Marqvelaşvili ailəsinin ilk qonaqları martın sonlarında fransalı turistlər olacaq.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR