• DÜNYA

    13:07 15 may 2019

Gürcüstanın turizm gəlirləri artıb

2019-cu ilin yanvar-aprel ayları ərzində Gürcüstanın turizmdən gəlirləri 856 milyon dollar olub. ONA-nın Gürcüstan bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında məlumat verilib. Bildirilir ki, bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə 66 milyon dollar və ya 8.4% çoxdur. Hesabatda qeyd olunub ki, təkcə aprel ayı ərzində Gürcüstanın turizmdən əldə etdiyi gəlir 277 milyon dollara çatıb. Bu göstərici ötən illə müqayisədə 28 milyon dollar və ya 16% çoxdur.

Qeyd edək ki, ötən il Gürcüstana Azərbaycandan 1 milyon 424 min 610 nəfər səfər edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR