Xəlifə Həftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) aviasiya qüvvələri paytaxt Tripolidə Mitiq beynlxalq aeroportu yaxınlığında pilotsuz uçan aparatı (PUA) məhv edib.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “RİA Novosti” LMO-nun baş qərargahının mətbuat xidmətinin direktoru Xəlifə əl-Ubeydiyə istinadən məlumat yayıb.
“Mitiq aeroportunda Liviya aviasiyasına aid PUA çoxsaylı zərbələr endirib. Biz onu izləyirdik və bu gün bildirdik ki, o bizim Tripoli ətrafındakı qüvvələrimizə zərbələr endirib, ancaq itkilər olmayıb. Müşahidələrdən sonra onun ardınca bizim hərbi təyyarələrimiz göndərilib və Mitiq aeroportundakı aviabazaya enən zaman məhv edilib”, - əl-Ubeydi belə deyib.