• DÜNYA

    20:43 14 aprel 2019

Hələbdə atışmalar nəticəsində 6 dinc sakin ölüb

Suriyanın Hələb şəhərində baş vermiş silahlı toqquşmalarda 6 dinc sakin ölüb, daha 7 nəfər xəsarət alıb.

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl iki nəfərin öldüyü deyilirdi.

Bildirilir ki, minaatanlardan atılan mərmilərin biri Nil küçəsindəki bazar yaxınlığında partlayıb. Həmçinin Əl-Xalidiyyə bölgəsi də atəşə məruz qalıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR