Suriyanın Hələb əyalətinin Kudexi yaşayış məntəqəsi silahlı qruplaşmalar tərəfindən minaatanlarla atəşə tutulub. Nəticədə 11 nəfər dinc sakin ölüb, daha 15 nəfər yaralanıb.
ONA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin məlumat verib.
Məlumata görə, “Hayyat Tahrir aş-Şam” (keçmiş “Cəbhat ən-Nüsrə”) terror qruplaşmasının silahlıları Latakiya və Həma əyalətlərindəki yaşayış məntəqələrini də atəşə tutub.