“ABŞ-ın qanunsuz və zalım sanksiyalarının məqsədi xalqa, fəhlələrə və cəmiyyətin yoxsul təbəqəsinə təzyiqləri artırmaqdır”.
ONA-nın Tehran bürosunun məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani zəhmətkeşlər və fəhlələrlə görüşündə deyib.
O bildirib ki, fəhlələr ABŞ sanksiyaları ilə mübarizədə ön cəbhədə dayanır: “Hökumət bütün vasitələrlə fəhlələrin xidmətindədir. Onların biliyini artırmaq üçün əlimizdən gələni edəcəyik”.
H.Ruhani deyib ki, istehsal potensialını artıracaq hər bir müəssisə və şirkət inkişafdan daha çox faydalana biləcək.