• DÜNYA

    13:47 6 mart 2019

Həsən Ruhani: "İran iqtisadi müharibə aparır"

“Biz bu gün aşkar və uca səslə bəyan edirik ki, İranın tutduğu yol istiqlal və demokratiya yoludur”.

ONA-nın Tehran bürosunun məlumatına görə, bu sözləri İran prezidenti Həsən Ruhani Lahican şəhərində xalq qarşısında çıxışı zamanı ABŞ-la münasibətlərdən danışarkən deyib.

O bildirib ki, ABŞ İranın 40 il əvvələ qayıtmasını tələb edir, lakin İran son nəfəsinə kimi öz dəyərlərini qoruyacaq: “Hazırda İran adi bir şəraitdə yaşamır, iqtisadi müharibə aparır. Bu mərhələdə geri addım atmaq İran İslam İnqilabının əldə etdiyi bütün nailiyyətləri itirmək deməkdir. Əminəm ki, İranın qəhrəman xalqı meydanı heç vaxt boş qoymayacaq”.

H.Ruhani İranın hazırda enerji sahəsində özünü təmin etmək gücünə malik olduğunu bildirib. “Ölkəmiz sutkada 6.5 milyon litr dizel, 12.5 milyon litr benzin idxal edirdi. Lakin bu gün benzini özümüz təmin etmək gücündəyik. 2018-ci ilin noyabr ayından benzin idxalı dayandırılıb”.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR