• DÜNYA

    10:44 5 mart 2019

Hillari Klinton növbəti prezident seçkilərində iştirak etməyəcək

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2020-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürməyəcək, ancaq siyasətdən də getməyəcək.

ONA TASS-a istinadən xəbər verir ki, bu barədə H.Klinton "News12" telekanalına müsahibəsində bildirib.

“Mən prezident seçkilərində iştirak etməyəcəyəm, amma öz inandıqlarım uğrunda çalışmağa davam edəcəyəm”, - deyə H.Klinton vurğulayıb.

Artıq hər hansı vəzifəyə iddia etməyəcəyini deyən H.Klinton əlavə edib ki, Nyu-Yorkdakı həyatından razıdır və vaxtilə ABŞ Senatına məhz bu ştatdan seçildiyinə görə minnətdardır.

Qeyd edək ki, CNN yanvar ayında bildirmişdi ki, Klinton 2020-ci ildə prezident seçkilərində iştirakını istisna etməyib. Sabiq dövlət katibi 2016-ci ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olub.

Rəna

Teqlər:

SON XƏBƏRLƏR