“Demokratiyamızda genişmiqyaslı, dərin böhran yaşayırıq”.
ONA-nın CNN-ə istinadən verdiyi xəbər görə, bu sözləri 2016-cı ildə ABŞ-da Demokratların prezidentliyə namizədi olmuş xanım Hillari Klinton Alabama ştatının Selma şəhərində keçirilən mükafatlandırma mərasimindəki çıxışında deyib.
“Biz demokratiyamızda genişmiqyaslı böhran yaşayırıq. Rasizm tərəfdarlarının üstünlükləri artır. Əsas hüquqlar, vətəndaş azadlığı, mətbuat azadlığı, qanunun aliliyi, həqiqət, faktlar və məntiq isə təhlükə altındadır”, - deyə o bildirib.
Birbaşa prezident Donald Trampın adını çəkməyən Klinton çıxışında rəsmi rəqibinin administrasiyasını hədəf alaraq Ağ Evin rasist baxışları dəstəklədiyinə işarə edib.