Bu gün səhər Hindistanın məşhur müğənnisi Lata Manqeşkar 92 yaşında vəfat edib.
ONA-nın NDTV telekanalına istinadən verdiyi xəbərə görə, koronavirusa yoluxan müğənni fevralın 1-də yerləşdirildiyi Mumbaidəki klinikada həyatını itirib.
Lata Manqeşkar Bollivudun 1950-1970-ci illəri əhatə edən “qızıl əsri”nin əfsanəvi simvollarından biri sayılır. Onu Hindistanda “Hindistanın bülbülü”, “Musiqinin kriliçası” adlandırıblar.
Müğənninin bir çox məşhur filmlərdə mahnıları səsləndirilib. Bunların sırasında “Avara” (1951), “Cənab 420” (1955), “Bobbi” (1973), “İntiqam və qanun” (1975), “Qanq, sənin suların bulanıqdır” ” (1985) və digərləri var.