Hindistan hökuməti ABŞ-dan idxal olunan bəzi məhsullara vergi rüsumunu artırmaq qərarına gəlib.
ONA xəbər verir ki, bu barədə "CNN Business" nəşri Hindistanın Maliyyə Nazirliyinin rəsmi sənədlərinə istinadən məlumat yayıb.
Bildirilir ki, rüsum artımı almaya, badama, mərciməyə və bir neçə kimyəvi məhsullara şamil ediləcək. Tarifin artırılması iyunun 16-dan qüvvəyə minəcək.
Tətbiq ediləcək rüsumun məbləği açıqlanmasa da, buna qədər Yeni Dehli bunun təxminən 241 mln. dollar məbləğində olacağını açıqlamışdı.
Hindistan hökuməti, ABŞ-ın bu ölkədən aldığı polad və alüminiuma yüksək rüsum tətbiq etməsinin qarşılığında yeni tariflər planını ilk dəfə bir il bundan qabaq elan etmişdi.