Hindistanın strateji ordu komandanlığı günün qaranlıq saatlarında nüvə başlığı daşıya biləcək “Agni-III” ortamənzilli ballistik raket sınağını həyata keçirib.
APA xəbər verir ki, bu barədə “PTI” agentliyi ordudakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, raket yerli vaxtla saat 19:20-də Orissa ştatı sahillərində yerləşən Abdul-Kalam adasındakı mobil buraxılış qurğusundan atılıb.
Qeyd olunur ki, uzunluğu 17 metr olan “Agni-III” raketinin diametri 2 metr, başlanğıc ağırlığı isə 50 tona yaxındır. Uçuşun məsafəsi 3,5 min kilometrə çatır.
Agentlik bildirir ki, “Agni-III” artıq Hindistan ordusu tərəfindən qəbul edilib.