Hindistan anti-terror əməliyyatı çərçivəsində Pakistan ərazisinə hava zərbələri endirdiyini açıqlayıb.
ONA-nın “Reuters”ə istinadən xəbərinə görə, əməliyyat fevralın 14-də Kəşmirdə kamikadze vasitəsilə terror aktı törədərək 40 hind polisinin ölümünə səbəb olan JeM (Ceyşi-Məhəmməd) terror təşkilatına qarşı keçirilib.
Hindistan hökuməti və Xarici İşlər Nazirliyinə yaxın mənbələr əməliyyat nəticəsində 300 nəfərin öldüyü bildirilib. Pakistan tərəfi isə kimsənin ölmədiyini iddia edib.
Qeyd edək ki, JeM (Ceyşi-Məhəmməd) “əl-Qaidə” ilə əlaqəli və Hindistana qarşı sərt mövqeyi ilə seçilən terror təşkilatıdır.