Hindistanın Assam ştatında avtobusun dərəyə aşması nəticəsində azı 7 nəfər ölüb, 40 nəfər yaralanıb.
APA xəbər verir ki, bu barədə “Hindistan Today” portalı məlumat yayıb.
Məlumata görə, avtobus sürücüsü idarəetməni itirib, sonra avtobus yol kənarındakı elektrik dirəyinə çırpılıb, sürüşərək dərədən aşıb. Hadisə nəticəsində 5 nəfər yerindəcə ölüb, daha iki nəfər xəstəxanada keçinib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.
Xilasetmə əməliyyatında ordu və polis nümayəndələri də iştirak edib.