Hindistanda binanın uçması nəticəsində ölənlərin sayı 2-yə çatıb.
ONA xəbər verir ki, bu barədə AFP Hindistan rəsmilərinə əsasən məlumat yayıb.
Bildirilir ki, ümumilikdə dağıntılar altından 8 nəfər çıxarılıb. 13 nəfər xəstəxanaya yerləşdirilib.
Rəsmilərin məlumatına görə, dağıntılar altında 152 nəfərin qaldığı güman edilir. Hadisə yerinə 20 təcili yardım maşını cəlb edilib.
* * *
Saat 16:14
Hindistanda yaşayış binasının uçması nəticəsində 90 nəfər binanın atında qalıb.
ONA-nın “Times of India”ya istinadən verdiyi məlumata görə, hadisə Karnataka ştatının Dxarvad şəhərində baş verib. Bir nəfərin öldüyü təsdiqlənib. Hadisə zamanı binanın 60-a yaxın mağazanın fəaliyyət göstərdiyi 1 və 2-ci mərtəbələrində 150-yə yaxın adam olub. Hadisə yerində xilasetmə işləri aparılır.