• DÜNYA

    05:17 21 dekabr 2019

Hindistanda etiraz aksiyaları zamanı ölənlərin sayı 17 nəfərə çatıb

Hindistanın Uttar-Paradeş ştatında vətəndaşlıq haqqında qanuna edilən düzəlişə etiraz olaraq keçirilən etiraz aksiyaları zamanı qarşıdurmalarda 6 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “NDTV” telekanalı yerli polisə istinadən məlumat yayıb.

Məlumata görə, qarşıdurmalar zamanı 50-dən çox hüquq-mühafizə orqanı əməkdaşı da xəsarət alıb. Bununla yanaşı, polis rəsmiləri etirazçılara qarşı odlu silahdan istifadə edilmədiyini bildirir.

“Hindustan Times” nəşri xəbər verir ki, aksiyalar zamanı ölkə üzrə ölənlərin sayı 17 nəfərə çatıb.

Qeyd edək ki, bölgədə kütləvi etiraz aksiyaları və iğtişaşlar ötən həftənin ortalarından başlayıb. Buna səbəb isə Hindistan parlamentinin vətəndaşlıq haqqında qanunda dəyişiklik etməsi olub. Yeni düzəlişə əsasən, qonşu ölkələr – Əfqanıstan, Pakistan və Banqladeşdən olan qeyri-müsəlmanlar vətənlərində təzyiqlə qarşılaşacaqları təqdirdə Hindistan pasportunu sadələşdirilmiş qaydada ala biləcəklər.

Qanun yerli müsəlmanlar arasında narazılıqla qarşılanıb, onlar düzəlişlərin konstitusiyanı pozduğuna inanır. Narazılıqlar ölkənin şimal-şərq ştatlarının sakinləri arasında, o cümlədən Assamda da etirazlara səbəb olub. Etirazçılar Banqladeşdən gələn milyonlarla insanın onların torpaqlarında qanuni şəkildə məskunlaşa biləcəyindən ehtiyat edirlər. Akiya təşkilatçılarının fikrincə, bu, yerli əhalinin maraqlarını təhlükə altında qoyur.

ONA

Teqlər:

SON XƏBƏRLƏR