• DÜNYA

    08:51 1 iyul 2019

Hindistanda FACİƏ: avtobus dərəyə yuvarlandı

Hindistanın şimalında yerləşən Cammu və Kəşmir əyalətində bu gün səhər saatlarında ağır yol qəzası baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, dağ yolu ilə hərəkətdə olan sərnişin avtobusu dərəyə yuvarlanıb.

Kiştvar rayonunda qeydə alınan hadisə nəticəsində ən azı 24 sərnişin həlak olub.

Hazırda xilasedicilər hadisə yerindədirlər. Polis tərəfindən qəzanın səbəbləri araşdırılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR