Hindistanda baş verən güclü yağışlar və qum qasırğası nəticəsində ən azı 31 nəfər ölüb.
ONA “İndia Today”ə istinadən xəbər verir ki, təbii fəlakətlər ən çox Qucarat, Racastxan, Madhya-Pradeş və Himaçal-Pradeş ştatlarında fəsad törədib.
Hindistan baş naziri Narendra Modi özünün "Twitter" səhifəsində təbii fəlakət nəticəsində ziyan çəkmiş şəxslərə 50 min hind rupisi (720 ABŞ dolları) məbləğində maliyyə yardımı ayrılacağını yazıb.