• DÜNYA

    22:22 8 mart 2019

Hindistanda hərbi təyyarə qəzaya uğrayıb

Hindistan HHQ-nə məxsus MiQ-21 qırıcısı quşla toqquşduqdan sonra qəzaya uğrayıb.

ONA-nın "RİA Novosti"ya istinadən yaydığı xəbərə görə, hadisə Radjastxan ştatının Bikaner şəhəri yaxınlığında baş verib. Pilot vaxtında katapult edib və xəsarət almayıb.

Hadisə təlim uçuşu zamanı baş verib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR