• DÜNYA

    23:06 14 mart 2019

Hindistanda körpü uçub, 5 nəfər ölüb

Hindistanın Mumbay şəhərində körpünün uçması nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

ONA-nın TASS-a istinadən yaydığı xəbərinə görə, hadisə axşam saatlarında Çxatrapati Şivanji vağzalı yaxınlığında baş verib.

Hadisə qurbanlarının sayının artacağı ehtimal edilir.

Hindistanın baş naziri Narendra Modi hadisə qurbanlarının ailələrinə başsağlığı verib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR