Hindistanın Kəlküttə şəhərində ofis binasının 13-cü mərtəbəsində baş verən güclü yanğın sonradan partlayışa çevrilib. Nəticədə azı yeddi nəfər ölüb.
APA xəbər verir ki, bu barədə “NDTV” telekanalı rəsmi qurumlara istinadən məlumat yayıb.
Məlumata görə, ölənlərin dördü yanğınsöndürən əməkdaşı, biri polis, həmçinin binada yerləşən dəmir yolu təşkilatının əməkdaşlarıdır. Onlardan beşinin cəsədi liftdə tapılıb.
Polis daha iki nəfərin itkin hesab oluna biləcəyini düşünür. Hadisənin ağırlığı yanğın zamanı liftdən istifadə ilə əlaqəlidir.
Hadisənin təfərrüatları araşdırılır.