Hindistanın 9 ştatında ümumi parlament seçkilərinin 4-cü mərhələsi keçirilir.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, ölkənin Mərkəzi Seçki Komissiyasının məlumatında deyilir ki, seçkilərdə 957 namizəd parlamentin aşağı palatasında 72 yer uğrunda mübarizə aparacaq.
Aprelin 23-də keçirilmiş seçkilərin 3-cü mərhələsində 63%-dən çox seçici iştirak edib. Səslərin sayılması 23 maya qədər bitəcək.
Qeyd edək ki, seçkilərdə Hindistanın iki əsas partiyası – hakim “Bxaratiya canata parti” və müxalif “Hindistan milli konqresi” partiyası mübarizə aparır.