• DÜNYA

    16:41 5 may 2019

Hindistanda qasırğa qurbanlarının sayı 29 nəfərə çatıb

Hindistanın Orissa ştatında “Fani” qasırğasının qurbanlarının sayı 29 nəfərə çatıb.

ONA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Bundan əvvəl 16 nəfərin öldüyü açıqlanmışdı. Həmin 29 nəfərdən 21-i qasırğanın sürüşməyə yol açdığı Puri şəhərində ölüb. Qasırğadan əvvəl ştatda 1 milyondan çox insan evakuasiya edilib və müvəqqəti düşərgələrdə yerləşdirilib.

Ekspertlərin qiymətləndirməsinə görə, “Fani” qasırğası Hindistanda son 20 ildə qeydə alınan ən dağıdıcı qasırğalardan biridir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR